NAXÇIVAN :

04 May 2025, Bazar

Türkiyə Böyük Millət Məclisi sədrinin müşaviri İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib

...

Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrinin müşaviri Sırrı Süreyya Önder İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.

"Şərq qapısı" xəbər verir ki, TBMM-in DEM partiyasından İstanbul üzrə deputatı Sırrı Süreyya Önderin ölüm səbəbi kimi çoxsaylı orqan çatışmazlığı göstərilib.

Qeyd edək ki, deputat 18 gün əvvəl səhhətində yaranan narahatlığa görə İstanbulda xəstəxanaya yerləşdirilmişdi.

Nəşr edilib : 03.05.2025 18:16