Azərbaycanın daha bir güləşçisi Avropa çempionu ol...
22:51 22.04.2026
0
0
0
NAXÇIVAN :
23 Aprel 2026, Cümə axşamı
2026-cı ilin yanvar ayında muxtar respublikada ümumi daxili məhsul istehsalı 113 milyon 805 min 100 manat olmuşdur ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 1,3 faiz artaraq 240,9 manat olmuşdur.
***
Cari ilin yanvar ayında muxtar respublikada 38 milyon 392 min 300 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2025-ci ilin müvafiq dövründəki göstəricidən 19,1 faiz çoxdur. Sənaye məhsulunun 29 milyon 426 min 100 manatı və ya 76,6 faizi malların, 8 milyon 966 min 200 manatı və ya 23,4 faizi isə xidmətlərin payına düşmüşdür.
Sənaye məhsulunun 71,7 faizi emal, 26,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
***
2026-cı ilin yanvar ayında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyon 6 min 800 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 32,4 faiz azdır.
İstifadə olunmuş vəsaitin 691 min manatı və ya 68,6 faizi məhsul istehsalı sahələrinə, 215 min 700 manatı və ya 21,4 faizi xidmət sahələrinə, 100 min 100 manatı və ya 10,0 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Əsas kapitala vəsait qoyuluşunun 314 min 100 manatı və ya 31,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 45,3 faiz azdır.
***
Cari ilin yanvar ayında muxtar respublikada 9 milyon 678 min 700 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bunun da 44 min 400 manatı bitkiçilik sahəsi üzrə, 9 milyon 634 min 300 manatı isə heyvandarlıq sahəsi üzrə olmuşdur. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,1 faiz artmışdır.
***
2026-cı ilin yanvar ayında muxtar respublikada nəqliyyat sektorunda 498 min 600 ton yük, 3 milyon 561 min 800 sərnişin daşınmışdır. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,3 faiz, sərnişin daşınması isə 1,5 faiz artmışdır.
***
Cari ilin yanvar ayında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 45,4 faiz azalaraq 1 milyon 748 min 400 manat olmuşdur. Xidmətlərin 38,0 faizi qeyri-dövlət sektorunda formalaşmışdır.
***
2026-cı ilin yanvar ayında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 123 milyon 757 min 300 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur. Ticarət şəbəkəsində 63 milyon 735 min manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 60 milyon 22 min 300 manatlıq qeyri-qida məhsulları satılmışdır.
***
Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 50,1 faiz artaraq 2026-cı il yanvar ayının 1-nə milli valyuta ekvivalentində 38 milyon 279 min 500 manat təşkil etmişdir. Əmanətlərin 93,1 faizi milli, 6,9 faizi xarici valyutada qoyulmuş, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 48,2 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 82,4 faiz artmışdır.
***
Cari ilin yanvar ayında muxtar respublikanın xarici ticarət dövriyyəsi 8 milyon 790 min 430 ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 1 milyon 207 min 620 dollarını və ya 13,7 faizini ixrac olunmuş məhsulların, 7 milyon 582 min 810 dollarını və ya 86,3 faizini isə idxal məhsullarının dəyəri təşkil etmişdir. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 19,1 faiz, o cümlədən idxal 8,4 faiz, ixrac isə 3,1 dəfə artmışdır.
***
2026-cı ilin yanvar ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 16 milyon 772 min 900 manat olmuşdur ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,8 faiz azalmışdır.
***
2025-ci ildə muxtar respublikada ortaaylıq nominal əməkhaqqı 822,3 manat olmuşdur ki, bu da 2024-cü illə müqayisədə 5,1 faiz çoxdur.
***
1 yanvar 2026-cı il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 1486 nəfər və ya 0,3 faiz artaraq 472 min 429 nəfər olmuşdur.
Digər xəbərlər