Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti...
12:13 18.04.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşları tərəfindən Şahbuz rayonunun Biçənək kəndi yaxınlığında, çöl heyvanlarının sıx məskunlaşdığı dağlıq ərazilərə 100 kiloqramdan çox daşduz yerləşdirilib.
Qeyd edək ki, Ümumdünya Vəhşi Təbiət Günü vəhşi fauna və floranın zənginliyini, onların ekosistemlərin davamlılığında və insan həyatında oynadığı mühüm rolu diqqətə çatdırmaq, eyni zamanda cəmiyyətin təbiətə qarşı məsuliyyət hissini gücləndirmək məqsədilə təsis edilib.
Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dağlıq ərazilərdə çöl heyvanlarının qidaya olan tələbatının qismən ödənilməsi məqsədilə keçirilən biotexniki tədbirlər zərurət yaranan digər ərazilərdə davam etdiriləcəkdir.
Digər xəbərlər