NAXÇIVAN :

13 Oktyabr 2026, Çərşənbə axşamı

6-cı məhəllədə asfaltlanma işləri aparılır

...

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə uzunluğu 10,3 km olan 6-cı məhəllə, Babək məhəlləsi və Hacıniyyət kəndi istiqamətində əsaslı təmir işləri davam etdirilir.
Qurumdan "Şərq qapısı"na verilən məlumata görə, hazırda 6-cı məhəllədə nəqliyyatın daha rahat hərəkətini təmin etmək üçün asfaltlanma işləri həyata keçirilir. Yolun 2 kilometrlik hissəsi birinci qat asfalt örtüyü ilə təmin edilib və bu istiqamətdə işlər davam etdirilir.
Qeyd edək ki, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər agentliyin nəzarəti altında mərhələli şəkildə icra olunur.

Nəşr edilib : 13.10.2026 19:22