Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnamə...
20:31 13.10.2026
0
0
0
NAXÇIVAN :
13 Oktyabr 2026, Çərşənbə axşamı
Naxçıvan şəhərinin Tumbul kəndində sakinlərin su təminatının yaxşılaşdırılması və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin suvarma imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Bu çərçivədə kənddə yeni su xəttinin çəkilişi başa çatdırılıb.
Tumbul kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndə Əcəmi Tağıyev bildirib ki, layihə çərçivəsində ümumi uzunluğu 686 metr, diametri 163 millimetr olan su xətti çəkilib. Görülən işlər nəticəsində 159 ev təsərrüfatının, 19 hektar həyətyanı sahənin və 6 hektar pay torpağının suvarma suyu ilə təminatının yaxşılaşdırılması nəzərdə tutulur.
Onun sözlərinə görə, yeni su xəttinin çəkilməsi kənddə su təsərrüfatı infrastrukturunun təkmilləşdirilməsi, torpaq sahələrinin suvarma imkanlarının genişləndirilməsi və kənd təsərrüfatının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Kənd sakini Nağı Nağıyev görülən işlərin əhəmiyyətini vurğulayaraq bildirib ki, Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları, eləcə də Naxçıvanın sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində mühüm layihələr reallaşdırılır. Onun sözlərinə görə, əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönələn tədbirlər insanların gündəlik həyatına müsbət təsir göstərir. Nağı Nağıyev görülən işlərə görə, sakinlər adından minnətdarlığını bildirib, bu tədbirlərin davamlı olmasını arzulayıb.
Qeyd edib ki, 16 sot həyətyanı sahəsi var və həmin ərazidə əkdiyim meyvə ağacları su çatışmazlığı səbəbindən qurumaq təhlükəsi ilə üzləşib. O, yeni su xəttinin çəkilməsi ilə problemin aradan qalxacağına ümid etdiyini bildirib.
Kənd sakini əlavə edib ki, kənddəki, təxminən, bir hektar pay torpağı sahəsindən də əkinçilik məqsədilə istifadə etməyi planlaşdırır. Yeni su xəttinin bu baxımdan onlar üçün böyük əhəmiyyət daşıdığını bildirərək görülən işlərə görə, minnətdarlığını ifadə edib.
Zəhra VƏLİYEVA
Digər xəbərlər