Tumbul kəndində yeni su xəttinin çəkilişi başa çat...
19:54 13.10.2026
0
0
1
NAXÇIVAN :
13 Oktyabr 2026, Çərşənbə axşamı
AMEA Rəyasət Heyətində Akademiyada rəqəmsallaşma prosesinin genişləndirilməsi, yeni rəqəmsal hesabat modelinin tətbiqi və türkologiya istiqamətində elmi fəaliyyətlərin sistemli təşkili məsələlərinə həsr olunmuş müşavirə keçirilib.
Bu barədə AMEA-dan bildirilib. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının iclasında respublikanın yeni rəqəmsal inkişaf strategiyasından irəli gələn çağırışlara uyğun olaraq, Akademiyada fəaliyyətin səmərəli təşkil edilməsi, elmi müəssisə və təşkilatlarda yeni rəqəmsal modelin tətbiqi məsələlərinə toxunub. O, Rəqəmsal İnkişaf Şurasının müəyyən etdiyi vəzifələrə əsasən bu gün Akademiyanın idarə olunmasında rəqəmsal transformasiya proseslərinə inteqrasiyanın əhəmiyyətini diqqətə çatdırıb. AMEA rəhbəri elmi müəssisələr arasında rəqəmsal hesabat modelinin ilk dəfə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tətbiq olunduğunu xatırladaraq, pilot layihənin növbəti icraçısı kimi Fəlsəfə və Sosiologiya İnstitutunun seçildiyini bildirib.
AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA-nın akademik-katibi akademik Arif Həşimov çıxışlarında rəqəmsallaşma istiqamətində vaxtında atılmış addımları yüksək qiymətləndirib, mövcud fəaliyyəti əhatə edən müvafiq təlimatın hazırlanaraq institutlara təqdim olunmasının vacibliyini bildiriblər.
Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsallaşma üzrə direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli, AMEA Rəyasət Heyəti aparatının Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov, Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud, Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə, tarix elmləri doktoru Eynulla Mədətli, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov, dosent Faiq Ələkbərli rəqəmsallaşmanın mövcud potensialı, bu istiqamətdə görüləcək işlər və qarşıda duran vəzifələrdən danışıblar.
Qeyd edilib ki, AMEA Arxeologiya və Antropologiya İnstitutunda və Folklor İnstitutunda da elmi hesabatların rəqəmsal qaydada hazırlanması nəzərdə tutulur.
Digər xəbərlər