Sabah 38 dərəcə isti olacaq
12:31 11.07.2026
0
0
0
Media dekolonizasiya prosesinin nəticələrinin və bu istiqamətdə aparılan fəaliyyətin beynəlxalq ictimaiyyətə çatdırılmasında əvəzsiz rol oynayır.
"Şərq qapısı" xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” adlı konfransın açılış mərasimində səsləndirib.
Abbas Abbasov jurnalistlərin peşəkarlığını, fədakarlığını və məsuliyyətini yüksək qiymətləndirərək bildirib ki, media nümayəndələrinin fəaliyyəti qlobal məlumatlılığın artırılmasına mühüm töhfə verir. Onun sözlərinə görə, jurnalistika yüksək peşəkarlıq, prinsipiallıq və böyük məsuliyyət tələb edən, eyni zamanda, intensiv iş rejimi və qısa vaxt ərzində qərarvermə bacarığı tələb edən sahədir.
Qeyd edib ki, son üç il ərzində Bakı Təşəbbüs Qrupu müstəmləkəçiliyin nəticələri və dekolonizasiya prosesinin əhəmiyyəti barədə beynəlxalq məlumatlılığın artırılması istiqamətində mühüm nailiyyətlər əldə edib. Bu prosesdə medianın rolu xüsusi əhəmiyyət daşıyıb.
“Biz ictimaiyyətin məlumatlandırılması və cəmiyyətlərin diqqətinin bu məsələlərə yönəldilməsi istiqamətində göstərdiyiniz səyləri və fədakarlığı yüksək qiymətləndiririk”, – deyə o vurğulayıb.
İcraçı direktor bildirib ki, konfrans çərçivəsində dekolonizasiya mövzusuna həsr olunan iki panel sessiyası keçiriləcək. Sessiyalara tanınmış jurnalist, “Səs” Media Qrupunun baş redaktor müavini Orxan Amaşov moderatorluq edəcək.
Digər xəbərlər