NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Ağacəkmə və təmizlik aksiyaları keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Naxçıvan-Şərur magistral yolunun ətraf ərazilərində və “Gənclər bağı”nda ağacəkmə və təmizlik aksiyaları təşkil olunub. Aksiyada Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kollektivi və könüllü gənclər iştirak ediblər.

Aksiya çərçivəsində ərazilər tullantılardan təmizlənib, ümumilikdə, 170 ədəd tut və iydə tingi əkilib, abadlıq və səliqə-sahman işləri aparılıb.

Aksiyaların əsas məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini anmaq, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq və regionda yaşıllıqların genişləndirilməsinə töhfə vermək olub.

Nəşr edilib : 26.02.2026 14:08