Ötən il Azərbaycandan İrlandiyaya 532 min ton xam ...
16:50 22.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən muxtar respublika ərazisində ağacların nömrələnməsi davam edir.
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan şəhərində “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksi ərazisində 30-a yaxın inventarlaşdırılmış ağaca Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən hər bir ağacı identikləşdirən inventar lövhələri vurulub.
Nömrələnmə ağaclara tam zərərsiz olan üsulla aparılır. Ağacın gövdəsinə vurulan lövhələr davamlı materialdan hazırlanır və üzərində əks olunan QR-kod vasitəsilə ağacın fərdi məlumatlarına (ad, növ, yaş, hündürlük və s.) keçid etmək mümkündür.
Məlumat üçün qeyd edək ki, bu günədək, ümumilikdə, 528 ağaca inventar lövhələri vurulub.
Digər xəbərlər