WUF13 ilə əlaqədar 28 avtobus marşrutunun hərəkət ...
20:12 13.05.2026
0
0
0
Bu gün Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Şərur rayonunun Zeyvə kənd tam orta məktəbində çətin tərbiyə olunan uşaqların aşkar edilməsi və onlarla korreksiya işinin aparılması məqsədilə “Sağlam gələcək öz əlinizdədir” layihəsi çərçivəsində “Ailə, məktəb və cəmiyyət” mövzusunda görüş təşkil olunub.
“Şərq qapısı” xəbər verir ki, görüşdə məktəbin direktoru, psixoloq, valideyn komitəsinin sədri və şagirdlər iştirak ediblər.
Tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Sürəyya Bəşirova və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq problemləri şöbəsinin baş məsləhətçisi Müşərrəf Bağırova çıxış edərək mövzunun aktuallığı və əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, uşaqların sağlam mühitdə böyüməsi və düzgün tərbiyə olunması üçün ailə, məktəb və cəmiyyətin birgə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Şərur Rayon Təhsil Şöbəsinin əməkdaşı Səkinə Fətullayeva çıxışında bildirib ki, ailə, məktəb və cəmiyyət bir-birini tamamlayan əsas tərbiyə ocaqlarıdır.
Görüş diskussiya şəklində davam edib, mövzu ilə bağlı sorğu keçirilib, broşürlər paylanılıb, posterlər isə elan lövhələrinə yerləşdirilib.
Digər xəbərlər