NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

...

Aprelin 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.

Komitə sədri Əjdər Əliyev iclasın gündəliyinin üçüncü oxunuşda olan “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və ikinci oxunuşda olan “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihələrinin müzakirəsi olduğunu bildirib.

İclasda gündəlikdə duran məsələlərlə bağlı müzakirələr aparıldıqdan sonra qanun layihələri Ali Məclisin plenar iclasında müzakirəsinə tövsiyə olunub.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Nəşr edilib : 20.04.2026 12:30