NAXÇIVAN :

13 Fevral 2026, Cümə

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

...

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Nobel Sülh Mükafatına namizədliyimi irəli sürmək üçün Sizin və Baş nazir Paşinyanın birgə məktubunuza görə təşəkkür edirəm. Bizi vacib missiyamızı davam etdirməyə ruhlandıran bu yüksək qiymətə görə dərin minnətdarlığımı bildirirəm.

Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, dünyada münaqişələrə son qoymağa, bütün insanlar üçün sülh və rifahın təmin edilməsinə sadiq qalıram. Sizin davamlı tərəfdaşlığınızla qeyri-mümkün nə varsa, ona nail olacağıq.

Davamlı dəstəyinizə görə Sizə bir daha təşəkkür edirəm.

Hörmətlə,

 

Donald Tramp

Amerika Birləşmiş Ştatlarının Prezidenti

Nəşr edilib : 06.12.2025 15:53