Avropa Liqası: “Vestri” – “Qarabağ” oyunu başlayıb...
00:02 17.07.2026
0
0
0
NAXÇIVAN :
17 Iyul 2026, Cümə
Ümumilikdə, 176 ölkədən 58 mindən çox iştirakçını bir araya gətirən WUF13 - Ümumdünya Şəhərsalma Forumunun indiyədək keçirilmiş ən böyük sessiyası olmaqla yanaşı, bugünkü Yüksəksəviyyəli İclasa doğru mühüm mərhələ olub.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin ortamüddətli icmalına həsr olunmuş Yüksəksəviyyəli İclasda çıxışı zamanı deyib. O bildirib ki, forum tarixində ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Liderlər Seqmenti təşkil edilib.
“Dövlət və hökumət başçılarını, eləcə də beynəlxalq təşkilatların rəhbərlərini bir araya gətirən bu platforma şəhər inkişafını ən yüksək siyasi səviyyəyə yüksəldərək onun dayanıqlı inkişafın, iqlim dayanıqlılığının və insan rifahının təmin edilməsində rolunu bir daha nümayiş etdirib. Bu siyasi impulsun davamı olaraq forum çərçivəsində Yeni Şəhər Gündəliyinə həsr olunmuş Nazirlər Görüşü keçirilib. Tədbirdə 111 ölkədən nümayəndələr, o cümlədən 80 nazir və nazir müavini iştirak edib. Müzakirələr inteqrasiyalı planlaşdırma, adekvat və əlçatan mənzil siyasəti, çoxsəviyyəli idarəetmə və daha güclü tərəfdaşlıqlar vasitəsilə öhdəliklərdən praktik icraya keçmək istiqamətində ortaq qətiyyəti nümayiş etdirdi. Bu prioritetlər “Sədrin Xülasəsi”ndə öz əksini tapıb və “Bakı Fəaliyyətə Çağırış” sənədi ilə daha da möhkəmləndirilib. Bu sənədlər Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin ikinci mərhələsində ortaq öhdəliklərimizin konkret nəticələrə çevrilməsi üçün ümumi çərçivə yaradır”, - deyə Komitə sədri əlavə edib.
O bildirib ki, Azərbaycan bu yanaşmanı tam şəkildə dəstəkləyir və şəhərsalma siyasətinin formalaşdırılması və həyata keçirilməsinə cavabdeh olan dövlət qurumu kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Yeni Şəhər Gündəliyinin prinsiplərinin milli səviyyədə praktik fəaliyyətə çevrilməsinə sadiqdir.
“Təcrübəmiz sübut edir ki, bu gündəliyin həyata keçirilməsi heç bir qurum və ya tərəfdaş tərəfindən təkbaşına mümkün deyil. Bunun üçün milli və yerli hökumətlər, beynəlxalq təşkilatlar və bütün tərəfdaşlar arasında səmərəli əməkdaşlıq vacibdir. Məhz bu tərəfdaşlıq ruhu Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi zamanı əsas yanaşmasını təşkil edirdi. Məqsədimiz yalnız uğurlu qlobal forum keçirmək deyil, həm də beynəlxalq dialoqu gücləndirmək, siyasi iradəni möhkəmləndirmək və yeni tərəfdaşlıqlar formalaşdırmaq idi. Bu gün keçirilən Yüksəksəviyyəli İclas bizə həmin siyasi dinamikanı davam etdirmək, əməkdaşlığı daha da gücləndirmək və Yeni Şəhər Gündəliyinin bugünkü və gələcək nəsillərin rifahı naminə daha sürətli icrasını təmin etmək imkanı yaradır. Azərbaycan dayanıqlı şəhərsalmanın təşviqi naminə UN-Habitat, BMT sistemi, üzv dövlətlər və bütün tərəfdaşlarla əməkdaşlığını bundan sonra da qətiyyətlə davam etdirəcək”, - deyə Anar Quliyev vurğulayıb.
Digər xəbərlər