NAXÇIVAN :

26 Noyabr 2026, Cümə axşamı

Antarktida sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb

...

Antarktida sahillərindən 855 kilometr məsafədə, Sakit okeanda 5,7 bal gücündə zəlzələ baş verib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan şöbəsi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Yeni Zelandiyanın Cənub adasındakı Dunedin şəhərindən 1927 kilometr cənubda yerləşib. Yeraltı təkanlar Bakı vaxtı ilə saat 05:39-da qeydə alınıb.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,9, ocağının dərinliyini isə 10 kilometr olaraq qiymətləndirib.

Nəşr edilib : 25.11.2026 09:07