NAXÇIVAN :

01 Oktyabr 2026, Cümə axşamı

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

...

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov oktyabrın 1-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı ordu admiralı Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Metin Tokel və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Rafet Dalkıran ilə birlikdə “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Burada qonaqlar Türkiyə Respublikasının Müdafiə Sənayesi şirkətlərinə məxsus stendləri ziyarət edib, nümayiş etdirilən silah, texnika, aviasiya və uçuş vasitələri ilə tanış olublar.

Həmçinin sərgi çərçivəsində Baş direktor A.Qurbanov ölkəmizdə səfərdə olan Latviya Milli Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisi general-mayor Andis Dilans ilə görüşüb.

Görüşdə “ADEX-2026” sərgisinin müdafiə sənayesi sahəsində yeni əməkdaşlıq imkanlarının yaradılması, qabaqcıl texnologiyaların və innovativ həllərin müzakirəsi, həmçinin qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi baxımından əhəmiyyətli platforma olduğu qeyd edilib.

Baş direktor A.Qurbanov və qonaq Azərbaycanla Latviya arasında müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər haqqında fikir mübadiləsi aparıblar.

Nəşr edilib : 01.10.2026 22:42