NAXÇIVAN :

01 Oktyabr 2026, Cümə axşamı

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

...

Türkiyənin Manisa vilayətinin Soma rayonunda yerləşən mədən ocağında bu gün günorta saatlarında baş verən uçqun nəticəsində ölənlərin sayı ikiyə çatıb.

"Şərq qapısı" xəbər verir ki, hadisə özəl şirkətə məxsus mədəndə işçilərin çalışdığı zaman baş verib. Uçqun altında qalan 7 işçidən 2-si xilas edilib, 2-si isə həyatını itirib.

Dağıntılar altında qalan daha 3 işçinin xilas olunması istiqamətində işlər davam etdirilir.

Nəşr edilib : 01.10.2026 22:00