Sentyabrın 6-da keçirilmiş buraxılış imtahanının n...
18:20 10.09.2026
0
0
0
Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin daxili işlər nazirlərinin görüşü başlayıb.
"Şərq qapısı" Qazaxıstan Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, görüş bu ölkənin daxili işlər naziri Yerjan Sadenovun sədrliyi ilə keçirilir.
Görüşün gündəliyində cinayətkarların axtarışı sahəsində əməkdaşlıq, həmçinin kibercinayətkarlığa, transmilli mütəşəkkil cinayətkarlığa, ekstremizmə, insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri yer alır.
Əsas diqqət praktiki əməkdaşlığa və konkret birgə qərarlara yönəldilib.
Digər xəbərlər