Azərbaycan və İtaliya arasında neft-kimya sahəsind...
20:40 28.09.2026
0
0
0
Azərbaycan sentyabrın 30-dan oktyabrın 2-dək Almatıda keçiriləcək 30-cu “Neft və qaz” beynəlxalq sərgisində (KIOGE 2026) təmsil olunacaq.
“Şərq qapısı” Qazaxıstanın Energetika Nazirliyinə istinadla xəbər verir ki, sərgidə 30 ölkədən 500 şirkət iştirak edəcək. İştirakçı ölkələr sırasında Azərbaycan, Qazaxıstan, Avstriya, Böyük Britaniya, Almaniya, Hindistan, İtaliya, Çin, Malayziya, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Rusiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Sinqapur, Amerika Birləşmiş Ştatları, Türkiyə və Özbəkistan var.
İşgüzar proqramın əsas tədbiri sentyabrın 30-da və oktyabrın 1-də “Meqalayihələrdən bazarlarda liderliyə: Qazaxıstan qlobal enerji miksində” mövzusunda keçiriləcək 30-cu KIOGE beynəlxalq konfransı olacaq.
Diqqət mərkəzində iri neft-qaz və enerji layihələrinin inkişafı, beynəlxalq texnoloji əməkdaşlıq, geoloji kəşfiyyat və süni intellektin tətbiqi, ixrac logistikası, neft-qaz sənayesinin rəqəmsal transformasiyası, qaz-kimya və enerji təhlükəsizliyi məsələləri olacaq.
Digər xəbərlər