“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi...
21:39 28.09.2026
0
0
0
Sentyabrın 28-də SOCAR-ın prezidenti Rövşən Nəcəf “MAIRE Group”un baş icraçı direktoru Alessandro Bernini ilə görüşüb.
SOCAR-dan verilən məlumata görə, görüşdə Azərbaycan ilə İtaliya arasında enerji sektorunda əlaqələrin dinamik inkişaf etdiyi bildirilib. SOCAR-ın İtaliyadakı fəaliyyətinin, o cümlədən “Italiana Petroli” şirkətinin səhmlərinin alınmasının iki ölkə arasındakı uğurlu əməkdaşlığın təzahürü olduğu vurğulanıb.
Söhbət zamanı SOCAR ilə MAIRE şirkəti arasında ötən illər ərzində neft emalı və neft-kimya sənayesində formalaşmış səmərəli tərəfdaşlıqdan məmnunluq ifadə olunub.
Tərəflər neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran istiqamətlər üzrə yeni birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.
Digər xəbərlər