Azərbaycan-Latviya sənədləri mübadilə edilib
12:42 22.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
Aprelin 22-də “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin üzvləri, Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın 40-cı ildönümü ilə bağlı Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüblər.
"Şərq qapısı" xəbər verir ki, Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
İctimai Birliyin üzvləri Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər. Daha sonra “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Qeyd edək ki, 1986-cı il aprelin 26-da Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasının (AES) 4-cü enerji blokunda yanğın baş verib. XX əsrin faciəsi adlandırılan bu hadisə ən böyük texnogen fəlakət olub. Partlayış nəticəsində ətraf mühitə çoxlu miqdarda radioaktiv maddə yayılıb. Fəlakətin ilk günlərində partlayış, yanğın və kəskin şüalanmadan 50 nəfər ölüb. Hadisə nəticəsində ümumilikdə 7 minə yaxın insan həyatını dəyişib, 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəst olub, on minlərlə insan isə sonsuz qalıb. Faciənin ilk dövrlərində - 1986-1987-ci illərdə Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasına 7 mindən çox Azərbaycan vətəndaşı da cəlb olunub. Faciədən ötən müddət ərzində 2500-dək insan səhhətində yaranan problemlər üzündən dünyasını dəyişib. Sağ qalanlar isə xilasetmə işləri zamanı aldıqları şüalanmadan əziyyət çəkirlər.
Digər xəbərlər