NAXÇIVAN :

04 Noyabr 2026, Çərşənbə

Azərbaycan dövlət maliyyəsi təsnifatını beynəlxalq GFSM standartına 95 faiz uyğunlaşdırmağı hədəfləyir

...

Bu gün əsas hədəfimiz bütün metodoloji yanaşmaları beynəlxalq təcrübəyə uyğunlaşdırmaqdır. Dövlət maliyyəsi təsnifatı dünyada ən çox tənzimlənən sahələrdən biridir.

"Şərq qapısı" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Bizim hədəfimiz növbəti beynəlxalq GFSM standartına 95 faizədək uyğunlaşmaqdır. Düşünürəm ki, gələn il bu hədəfə çatacağıq”, – deyə maliyyə naziri bildirib.

Nəşr edilib : 04.11.2026 15:41