NAXÇIVAN :

05 Noyabr 2026, Cümə axşamı

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb

...

Bu gün saat 15:00-dan etibarən 2-7-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə başlanılıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən  bildirilib ki, noyabrın 5-i saat 15:00-dan isə 8-11-ci sinif şagirdləri üçün elektron yerdəyişmə prosesi aktivləşdiriləcək. Şagirdlərin elektron yerdəyişməsi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, məktəbəhazırlıq qrupları və birinci siniflər üzrə elektron yerdəyişmənin başlanma tarixi barədə əlavə məlumat veriləcək.

Nəşr edilib : 04.11.2026 15:57