NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Azərbaycan İranın dron hücumları ilə bağlı beynəlxalq dəstəyə görə təşəkkür edib

...

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İran tərəfindən Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş dron hücumlarından sonra beynəlxalq tərəfdaşlardan daxil olan dəstək bəyanatları, məktublar və telefon zənglərinə görə minnətdarlığını bildirib.

"Şərq qapısı"nın xəbərinə görə XİN-in məlumatında qeyd olunub ki, Azərbaycanla nümayiş etdirilən həmrəylik, eləcə də ölkənin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına göstərilən açıq dəstək yüksək qiymətləndirilir.

Bildirilib ki, bu müddətdə Azərbaycanla həmrəylik nümayiş etdirən bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edilir, onların davamlı dəstəyi və əməkdaşlığı yüksək dəyərləndirilir.

Nəşr edilib : 06.03.2026 18:19