Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc me...
19:49 11.09.2026
0
0
0
“Sea Breeze Resort” ərazisində, “Havana Beach”də keçirilən çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirində növbəti oyun keçirilib.
“Şərq qapısı” xəbər verir ki, günün ikinci matçında Azərbaycanın “Elit” klubu Rusiyanın “Moskva” komandası ilə qarşılaşıb. Görüş Azərbaycan komandasının 7:3 hesablı qələbəsi ilə bitib.
İlk qarşılaşmada İsveçrənin “Sankt Moritz” kollektivi Böyük Britaniyanın “Red Star” klubunu məğlub edib - 7:6.
Qeyd edək ki, tədbirin rəsmi təşkilatçıları Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) və “Sea Breeze”dir. Turnirdə Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda iştirak edir. Yarışda ümumilikdə 12 poloçu mübarizə aparır. Komandaların heyətində Azərbaycan, Böyük Britaniya, İsveçrə, Rusiya, Argentina və Cənubi Afrika Respublikasını təmsil edən idmançılar yer alır. Turnirə sentyabrın 13-də yekun vurulacaq.
Digər xəbərlər