Azərbaycan və Maldiv Respublikası arasında mədəni ...
18:47 28.10.2026
0
0
0
NAXÇIVAN :
28 Oktyabr 2026, Çərşənbə
Bu gün Azərbaycan Məkkə Əl-Mükərrəmə Konvensiyasına qoşulub.
"Şərq qapısı" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü çərçivəsində Azərbaycan da digər ölkələrlə birlikdə “İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə əməkdaşlığı haqqında Məkkə Əl-Mükərrəmə Konvensiyası”na qoşuldu. Artıq konvensiyanı imzaladıq və ümid edirik ki, yaxın vaxtlarda bu konvensiya ratifikasiya olunacaq. Sonradan artıq bu Konvensiyanın da müddəalarının Azərbaycan qanunvericiliyinə implementasiyası həyata keçiriləcək. Azərbaycanın bu Konvensiyaya məhz indi qoşulması çox mühüm əhəmiyyət kəsb edir. Bilirsiniz ki, növbəti illərdə Azərbaycan bu təşkilata sədrlik edəcək. Həmin dövr ərzində də ümid edirəm ki, bütün sahələr üzrə, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan özünə doğma olan İƏT-ə üzv olan bütün dövlətlərlə səmərəli əməkdaşlıq həyata keçirəcək. Bu, bir daha Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində siyasi iradəsini ortaya qoyur. Biz korrupsiyaya qarşı mübarizəni əks etdirən bütün - həm BMT-nin, həm də digər regional və beynəlxalq konvensiyalara qoşulmuşuq. Məkkə Konvensiyası da bu sahədə yeni platformadır. Hesab edirəm ki, bu sahədə də fəaliyyətimiz uğurlu olacaq", - deyə Baş prokuror vurğulayıb.
Digər xəbərlər