Azərbaycan Məkkə Əl-Mükərrəmə Konvensiyasını imzal...
18:39 28.10.2026
0
0
0
“Turan Tovuz” futbol klubu oktyabrın 3-də Bakıda Türkiyənin “Fənərbağça” komandası ilə keçirdiyi yoldaşlıq oyunundan (2:0) əldə olunan 50 000 manat vəsaiti Qarabağ Dirçəliş Fonduna (QDF) ianə edib.
Bölgə təmsilçisindən bildirilib ki, bununla yanaşı, klub Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin də əsas tərəfdaşı kimi çıxış edəcək.
Xatırladaq ki, Qarabağ Dirçəliş Fondu ilə “Turan Tovuz” arasında birgə fəaliyyət və səmərəli əməkdaşlığın əsası sentyabrın 28-də QDF-nin İdarə Heyətinin sədri Rəhman Hacıyev və klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev tərəfindən imzalanmış Anlaşma Memorandumu ilə qoyulub.
Məlumat üçün bildirək ki, Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, AFFA-nın təşkilati dəstəyi ilə keçirilən “Dirçəliş Kuboku” turnirinin 3-cü mövsümündə 44 komanda qalib adı uğrunda mübarizə aparacaq.
Turnirdən əldə ediləcək vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək.
Digər xəbərlər