Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkət...
21:00 22.09.2026
0
0
0
Tacikistanla oyuna ciddi hazırlaşmışıq. Rəqib haqqında ətraflı məlumat toplamışıq.
"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycan millisinin müdafiəçisi Rəhman Daşdəmirov Tacikistan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq görüşü ilə əlaqədar təşkil olunan mətbuat konfransında deyib.
O, komandanın qarşılaşmaya hazırlığı barədə danışaraq rəqibin oyununu diqqətlə araşdırdıqlarını bildirib: “Millətlər Liqasının oyunları öncəsi son hazırlıq matçımızdır. Tacikistan nə istədiyini bilən milli komandadır. Baş məşqçimiz Ayxan Abbasovun tapşırıqlarını lazımınca yerinə yetirməyə çalışacağıq. Qələbə qazanaraq xalqımızı sevindirmək istəyirik”.
Qeyd edək ki, sentyabrın 23-də 8-ci kilometr qəsəbə stadionunda keçiriləcək Azərbaycan–Tacikistan yoldaşlıq oyunu saat 20:00-da başlayacaq.
Digər xəbərlər