NAXÇIVAN :

22 Sentyabr 2026, Çərşənbə axşamı

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) getdikcə güclənən regional əməkdaşlıq modelinə çevrildiyini bildirib.
"Şərq qapısı" xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bunu BMT Baş Assambleyasındakı çıxışında deyib.
“Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənən nümunəvi regional əməkdaşlıq modelinə çevrilib”, – deyə Türkiyə Prezidenti qeyd edib.
O bildirib ki, oktyabrın 30-da Ankarada keçiriləcək TDT-nin 13-cü Liderlər Zirvəsi təşkilat qarşısında yeni imkanlar və perspektivlər açacaq.

Nəşr edilib : 22.09.2026 20:38