Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innov...
22:18 20.04.2026
0
0
0
Azərbaycanın qadınlardan ibarət millisinin üzvü Milana Rəhimovanın formasını geyindiyi Şimali Makedoniyanın “Lyuboten” klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Ermənistan təmsilçisi “Pünik”i böyük hesabla məğlub edib.
"Şərq qapısı" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş Şimali Makedoniya klubunun 4:0 hesablı qələbəyə sevinib.
Hava Mustafanın pokerə imza atdığı qarşılaşmada meydana start heyətində daxil olan Rəhimova 90 dəqiqəni əvəz edilmədən keçirib.
Bu nəticədən sonra M.Rəhimovanın komandası UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib.
Digər xəbərlər