NAXÇIVAN :

13 Sentyabr 2026, Bazar

Hakan Fidan: Türkiyə Prezidenti yaxın vaxtlarda Suriyaya səfər edəcək

...

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya səfəri çərçivəsində Dəməşqdə bu ölkənin xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşüb.
“Şərq qapısı” xəbər verir ki, nazirlər görüşdən sonra birgə mətbuat konfransı keçirib, jurnalistlərin suallarını cavablandırıblar.
Hakan Fidan Türkiyə-Suriya münasibətlərinin son iki ildə böyük dinamika qazandığını deyib.
O bildirib ki, Suriya yalnız Türkiyə ilə deyil, bütün dünya ilə münasibətlərində yeni başlanğıc edib:”Hazırki Suriya bölgəyə sabitlik və sülh gətirən mühüm amil olub. Bu ölkənin hökuməti region ölkələri ilə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində böyük səylər göstərir”.
Nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfərinin planlaşdırıldığını diqqətə çatdırıb.
Hakan Fidan, eyni zamanda, vurğulayıb ki, Suriya, xüsusilə iqtisadiyyat sahəsində mühüm irəliləyişlər əldə edir. “Ölkənin nüvə məsələsi də artıq bağlanıb. İş adamlarımızın qarşılıqlı tərəfdaşlığı gündəmimizin mühüm hissəsini təşkil edir. Biz infrastrukturun və lazımi zəminin hazırlanması istiqamətində çalışırıq. Sənayeçilərimizin də böyük marağı var”, - deyə o qeyd edib.

Nəşr edilib : 13.09.2026 18:50