Azərbaycan və Аvrasiya Patent İdarəsi arasında eks...
11:34 10.09.2026
0
0
0
Meksikanın Federicolamont.com portalında Azərbaycanın Amerika Polislər Birliyi (AMERİPOL) polis əməkdaşlığı platformasına müşahidəçi qurum kimi qoşulmasına dair “AMERİPOL Azərbaycanın transatlantik polis əməkdaşlığını gücləndirməsini alqışlayır” adlı məqalə dərc olunub.
"Şərq qapısı" xəbər verir ki, məqalədə Çili Karabinerlərinin rəhbərliyi və çoxtərəfli nümayəndələrin iştirakı ilə keçirilən institusional mərasimdə AMERİPOL Azərbaycanın yeni statusunu rəsmən elan etməsindən yazılıb. Bildirilir ki, bu addım polis kəşfiyyatı şəbəkələrinin genişləndirilməsi və transmilli mütəşəkkil cinayətkarlığa qarşı beynəlxalq mübarizənin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Müəllif yazır ki, Azərbaycanın AMERİPOL çərçivəsində iştirakı, ilk növbədə, Latın Amerikası və Qafqaz arasında operativ məlumat mübadiləsinin gücləndirilməsinə imkan verəcək. Bu əməkdaşlıq hüquq-mühafizə orqanları arasında cinayətkarlıqla bağlı məlumatların daha sürətli paylaşılmasına və transmilli təhlükələrə qarşı koordinasiyanın artırılmasına yönəlib.
Məqalədə vurğulanır ki, Azərbaycanın AMERİPOL-da müşahidəçi statusu məlumat mübadiləsi, kibertəhlükəsizlik, narkotiklərin qanunsuz dövriyyəsinə və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahələrində qitələrarası polis əməkdaşlığının genişləndirilməsi istiqamətində yeni imkanlar açır.
Digər xəbərlər