İnşaat Kollecində 2026/2027-ci tədris ili üzrə qəb...
14:59 14.09.2026
0
0
0
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçirilən iclasında “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
"Şərq qapısı" xəbər verir ki, iclasda, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in və “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”in təsdiq edilməsi barədə qanun layihələri də müzakirə olunub.
Hər üç qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Digər xəbərlər