NAXÇIVAN :

13 May 2025, Çərşənbə axşamı

Azərbaycan-Türkiyə elm və təhsil sahəsində təcrübə mübadiləsini artırır

...

Mayın 12-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Milli Müdafiə Universitetinin rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Türkiyə nümayəndə heyəti "Xarici ölkələrdə müşahidə gəzintisi" çərçivəsində əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək gül dəstələri qoyub, xatirələrini ehtiramla yad ediblər.

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə general-polkovnik K.Vəliyev qonaqları salamlayıb, onları ölkəmizdə görməkdən məmnunluğunu bildirib.

Nəşr edilib : 13.05.2025 17:47