NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

Azərbaycan və Ermənistan XİN başçıları arasında telefon danışığı aparılıb

...

Martın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb.
"Şərq qapısı" xəbər verir ki, nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər.
Ceyhun Bayramov və Ararat Mirzoyan, həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər.

Nəşr edilib : 27.03.2026 17:07