NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Azərbaycan və İtaliya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

...

Yanvarın 13-də Bakıda Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçiriləcək.

"Şərq qapısı" xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, Azərbaycan tərəfdən Komissiyanın həmsədri energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfdən isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellidir.

Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası 2020-ci il yanvarın 14-də Romada keçirilib.

Nəşr edilib : 12.01.2026 16:44