NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Azərbaycan və Suriya enerji sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

...

Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriyanın energetika nazirinin köməkçisi Ömər Çaqroq ilə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyi "X"də paylaşım edib.

Görüş zamanı enerji sektorunda əməkdaşlığın genişləndirilməsi və iki ölkə arasında birgə layihələrin hazırlanması yolları müzakirə edilib.

Nəşr edilib : 29.01.2026 10:31