NAXÇIVAN :

08 May 2025, Cümə axşamı

Azərbaycan və Türkiyə HDQ nümayəndələri görüşüb

...

Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) arasında əməkdaşlıq çərçivəsində ölkəmizdə səfərdə olan qardaş ölkənin hərbi nümayəndələri Azərbaycan HDQ-yə məxsus gəmiləri və təlim mərkəzlərini ziyarət ediblər.

"Şərq qapısı" xəbər verir ki, bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

Səfər zamanı kritik infrastrukturların mühafizəsi, gəmi təmiri, texniki baxış və yeni gəmi inşası ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin təcrübə paylaşımı ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə töhfə veriblər.

Nəşr edilib : 08.05.2025 18:56