Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alı...
12:04 22.04.2026
0
0
0
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda informasiya və rabitə (İKT) müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 3 milyard 464,3 milyon manat təşkil edib.
"Şərq qapısı" xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz çoxdur. Bu sahədə əldə edilmiş gəlirin 83 faizi qeyri-dövlət sektorunun payına düşüb, 70,7 faizi isə əhali sektoruna aid olub.
Təkcə noyabrda isə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 344 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,5 faiz çoxdur.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2023-cü illə müqayisədə 11,4 faiz artaraq 3 milyard 601,7 milyon manat olub.
Digər xəbərlər