NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Azərbaycanda gələn il güləş üzrə U-17 dünya çempionatı keçiriləcək

...

"Şərq qapısı" xəbər verir ki, bu barədə qərar Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Sofiya (Bolqarıstan), İsgəndəriyyə (Misir), Amman (İordaniya) və Brasovun (Rumıniya) da namizəd olduğu yarışın təşkilatçılığı Azərbaycan paytaxtına həvalə edilib.
Dünyanın ən güclü yeniyetmə güləşçiləri gələn il 27 iyul – 2 avqust tarixlərində Milli Gimnastika Arenasında müəyyənləşəcək.
Xatırladaq ki, analoji yarış 2012-ci ildə də Bakıda keçirilib.

Nəşr edilib : 14.09.2025 11:01