NAXÇIVAN :

15 Sentyabr 2026, Çərşənbə axşamı

Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə mexanizmləri gücləndirilir

...

Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə mexanizmləri gücləndirilir, hüquqi

şəxslərin bu sahədə məsuliyyəti dəqiqləşdirilir.

"Şərq qapısı" xəbər verir ki, bu, Cinayət və Cinayət-Prosessual Məcəllələrinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sənəddə qeyd olunur ki, hüquqi şəxs tərəfindən maliyyə əməliyyatları üzrə nəzarətin qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilməməsi nəticəsində vəzifəli şəxslər xidməti vəzifələrinin icrası ilə əlaqədar terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətdikdə hüquqi şəxsə cinayət-hüquqi tədbirlər cinayətin həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsindən asılı olmayaraq tətbiq ediləcək.

Qeyd olunur ki, terrorçuluğun maliyyələşməsinin digər iqtisadi xarakterli cinayətlərdən mühüm fərqi ondan ibarətdir ki, bu əməlin əsas məqsədi maliyyə və ya digər iqtisadi mənfəətin əldə edilməsi deyil, vəsaitlərin terror aktının, terror təşkilatının və ya terrorçunun fəaliyyətinin maliyyələşdirilməsinə yönəldilməsidir.

Nəşr edilib : 15.09.2026 14:10