Rusiyada sərnişin gəmisi saya oturub
00:40 30.08.2026
0
0
0
Bakıda keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsi başa çatıb.
"Şərq qapısı" xəbər verir ki, “Sea Breeze” istirahət mərkəzində təşkil edilən yarışda Azərbaycanın 7 güləşçisi fəxri kürsüyə qalxıb. Vüsal Əliyev (80 kiloqram), Əşrəf Aşırov (90 kiloqram) və Camal Feyziyev (+90 kiloqram) qızıl, Nərgiz Səmədova (60 kiloqram) və Sahib Dadaşov (80 kiloqram) gümüş, Cavid Niftəlizadə (80 kiloqram) və Ramiz Həsənov (90 kiloqram) isə bürünc medal qazanıblar.
Azərbaycanın kişilərdən ibarət millisi 84 xalla komanda hesabında birinci yeri tutub. Gürcüstan (62) ikinci, Ukrayna (45) isə üçüncü pillədə qərarlaşıb. Qadın komandası 40 xalla 2-ci olub. Ukrayna 100 xalla birinci, İspaniya isə 24 xalla üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə keçirilən bu yarışda 14 ölkədən 55 güləşçi mübarizə aparıb. Dünya Seriyasının final mərhələsi sentyabrın 26-da və 27-də Yunanıstanın Katerini şəhərində keçiriləcək. Həmin yarışda bütün mərhələlər üzrə toplanan xallara əsasən dünya çempionları müəyyənləşəcək.
Digər xəbərlər