Silahlı Qüvvələr Günü Azərbaycan və Türkiyə hərbi ...
22:59 26.06.2026
0
0
0
Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev diplomatik missiyasının başa çatması ilə əlaqədar Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanovu qəbul edib.
"Şərq qapısı" Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, xarici siyasət idarəsinin rəhbəri ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində səmərəli fəaliyyətinə görə azərbaycanlı diplomata minnətdarlığını bildirib. Qazaxıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən Yermek Koşerbayev qarşılıqlı faydalı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
“Diplomatik fəaliyyətiniz dövründə siz Azərbaycan Respublikasını layiqincə təmsil etmisiniz və ölkələrimiz arasında çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə vermisiniz. Siz Qazaxıstan-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinin bilavasitə iştirakçısı olmusunuz”, – deyə nazir bildirib.
Səfir A.Atamoğlanov missiyası dövründə göstərilən hərtərəfli dəstəyə görə Qazaxıstan tərəfinə minnətdarlığını ifadə edib.
Görüşün sonunda Yermek Koşerbayev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev adından Ağalar Atamoğlanova Qazaxıstan ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin və hərtərəfli strateji tərəfdaşlığın inkişafına verdiyi mühüm töhfəyə görə II dərəcəli “Dostluq” ordenini təqdim edib.
Digər xəbərlər