NAXÇIVAN :

22 Sentyabr 2026, Çərşənbə axşamı

Babək rayonunun bəzi ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

...

Sentyabrın 23-də 35/10 kV-luq "Nəzərabad" yarımstansiyasından qidalanan 10 kV-luq "Şıxmahmud" hava elektrik xəttində təmir-bərpa işləri aparılacaq.
“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) "Şərq qapısı"na verilən məlumata görə, bu səbəbdən sabah saat 14:30-dan 16:30-dək Babək rayonunun Şıxmahmud, Xəlilli və Uzunoba  gölünün ətraf  ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq.
Qeyd edək ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərin abonentləri daha keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Nəşr edilib : 22.09.2026 21:20