NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

Bakı–Naxçıvan aviareysi ləğv edilib

...

Azərbaycan Hava Yollarının (AZAL) bu günə planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.

AZAL-dan bildirilib ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra olunmağa davam edəcək.

Xatırladaq ki, AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.

Nəşr edilib : 24.06.2026 13:27