NAXÇIVAN :

14 Iyun 2026, Bazar

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub

...

Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) 14 iyun tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reysləri ləğv olunub.
AZAL-dan “Şərq qapısı”na verilən məlumata görə, hava şəraiti sabitləşdikdən sonra reyslərin icrasına davam ediləcək.
“Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar”, - deyə “Azərbaycan Hava Yolları” QSC-nin məlumatında bildirilir.

Nəşr edilib : 14.06.2026 13:56