Ramiz Ələkbərov: Humanitar yardım məsələlərinə mün...
16:12 18.04.2026
0
0
0
"Prezidentimizin sayəsində hava yolumuz açıldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da təşəkkür edirik. O da bu məsələdə çox dəstək oldu. Yolumuz bağlananda ikinci yolumuz məhz Türkiyədən – İğdırdan oldu".
"Şərq qapısı" xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Bakı-Naxçıvan-Bakı reysi bərpa olunduqdan sonra həmin reyslə Naxçıvana qayıdan ilk sərnişinlərdən olan Lətif Mehdiyev deyib.
Sərnişin qeyd edib ki, o, axırıncı dəfə 7 il bundan əvvəl Naxçıvanda olub: "Uzun müddətdən sonra muxtar respublikaya gəlişim bu günə təsadüf etdi. Düşünürəm ki, ayağım uğurlu oldu, reyslər bərpa edildi. Bir daha dövlətimizə bizim üçün yaradılan şəraitə görə minnətdarlıq edirəm".
Digər xəbərlər