NAXÇIVAN :

05 Noyabr 2026, Cümə axşamı

Türkiyənin Afyonkarahisar vilayətində silahlı hücum olub: 8 nəfər ölüb

...

Türkiyənin Afyonkarahisar vilayətinin İshaniye rayonunun üç fərqli bölgəsində silahlı hücum nəticəsində ümumilikdə 8 nəfər ölüb.
"Şərq qapısı" NTV telekanalına istinadla xəbər verir ki, Ayazini kəndi ərazisində 3, Kıyır kəndi ərazisində isə 2 cəsəd aşkarlanıb. Vilayətin başqa səmtində daha iki nəfərin güllələnmiş meyiti tapılıb.
Həmçinin ağır yaralanan 2 nəfərdən birinin xəstəxanada öldüyü bildirilir.
İlkin məlumata görə, hadisəni törədən şübhəlilər Kütahya şəhəri istiqamətinə qaçıblar. Onların axtarışı davam etdirilir.

Nəşr edilib : 05.11.2026 20:49