NAXÇIVAN :

26 Iyul 2026, Bazar

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib

...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə iyul ayının pensiyaları ödənilib.

Bu barədə  ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının ƏƏSMN-in tabeliyində DSMF tərəfindən də muxtar respublika üzrə bu ayın pensiya ödənişi yekunlaşıb.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin iyul ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

Nəşr edilib : 14.07.2026 15:12