NAXÇIVAN :

17 Sentyabr 2026, Cümə axşamı

Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

...

Yanvar-avqust aylarında Bakı–Tbilisi–Ceyhan (BTC) neft ixrac kəməri ilə nəql olunan neft 8,7 faiz azalaraq 16 milyon 746 min ton təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, nəqletmənin 76,6 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ilə həyata keçirilib.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,9 faizini (13 milyon 717,4 min ton) Azərbaycanda hasil edilən neft, 18,1 faizini (3028,5 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Nəşr edilib : 17.09.2026 10:35