NAXÇIVAN :

17 Sentyabr 2026, Cümə axşamı

Dövlət Komitəsinin sədri: Tarixi-dini abidələrin bərpası istiqamətində görülən işlər bütün ölkəni əhatə edir

...

Dini abidələrin bərpası keçmişə ehtiramın, milli yaddaşa bağlılığın və gələcək nəsillər qarşısında məsuliyyətin göstəricisidir. Çünki hər bir məscid, ziyarətgah, türbə və ya istənilən tarixi-dini abidə yalnız daşdan və memarlıq elementlərindən ibarət tikili deyil, xalqın keçdiyi tarixi yolun, dini dünyagörüşünün, adət-ənənələrin və milli yaddaşın mühüm daşıyıcısıdır.

"Şərq qapısı" xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər" adlı konfransda çıxış edərkən deyib.

Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq bu gün ölkəmizdə mədəni irsin qorunmasının dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini vurğulayan komitə sədri əlavə edib: "Tarixi və mədəniyyət abidələrinin mühafizəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, onların bərpası və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər, qəbul olunmuş qərarlar bu siyasətin ardıcıl, sistemli və məqsədyönlü xarakter daşıdığını göstərir. Azərbaycanda tarixi-dini abidələrin bərpası istiqamətində görülən işlər bütün ölkəni əhatə edir".

Nəşr edilib : 17.09.2026 11:08